HÜQUQİ STATUSU: Məhdud Məsuliyyətli Cəmiyyət
HÜQUQİ ŞƏXS KİMİ YARANMA TARİXİ: 5 yanvar 2010-cu il
DÖVLƏT QEYDİYYAT NÖMRƏSİ (VÖEN) : 1001799541
ƏMƏKDAŞLARIN ÜMUMİ SAYI: 72-250 arasında dəyişir

“AS Inşaat-N” MMC kollektivi vahid layihə komandası olaraq fəaliyyət göstərmiş və ölkə daxilində silsilə layihələr həyata keçirmişdir. İcra etdiyi layihələr məzmun və istiqamət baxımından çoxçeşidili olmuşdur: mürəkkəb mühəndis qurğuları, sənaye obyektləri ilə əlaqədar tikinti və tikinti-quraşdırma, yenidənqurma, bərpa, layihələndirmə və s. işlər. Hazırda layihələrin keyfiyyətlə, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi prinsiplərinə riayətlə icra edilməsi şirkətdə İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartların tələblərinə əsasən inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi və peşəkar kadrların cəlb edilməsilə mümkün olmuşdur. Tikinti və tikinti-quraşdırma işlərilə əlaqədar həyata keçirilən layihələrin keyfiyyətinə sifarişçilərin verdiyi yüksək dəyərləndirmələr şirkətin davamlı uğurlarını təmin etmiş, onu ölkəmizin tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır. Şirkətin tikinti bazarında özünün rəqabət qabiliyyətinin yüksəldilməsi qayğısına qalması yönümündə üstünlük verdiyi başlıca məsələlərdən biri də müasir tələblərə cavab verən tikinti materialları və yeni tikinti texnologiyalarından istifadə etməklə şərtlənir ki, bu da sifarişçilərin müasir tələblərinin yüksək keyfiyyət göstəricilərilə və qısa zamanda ödənilməsinə öz təsirini göstərir.
Şirkətin 2010-cu ilin əvvəllərindən etibarən həyata keçirdiyi layihələr başlıca olaraq Qaradağ Sement Zavodu və Şahqaya karxanası ərazisində müxtəlif istiqamətli işlərin icrası ilə əlaqədar olmuşdur. Bunlara Qaradağ Sement Zavodunun ərazisində yerləşən Gara 6 Quru Soba layihəsi çərçivəsində 6-cı sobanın eskiz layihəsinin işlənməsi, Sement Dəyirmanlarının Yenidən Qurulması, Sement Dəyirmanı Modernizasiyası çərçivəsində torpaq, beton və beton-armatur işlərinin aparılması, Yükboşaltma Stansiyasının Tikinti İşləri, Şahqaya Karxanasında Əhəngdaşı Doğrayıcı Sexinin Tikintisi, sadalanan işlərlə bağlı müvafiq qaydada layihələrin adaptasiyası, müəllif nəzarəti, keyfiyyət yoxlanışı, eskiz layihələrin işlənməsi, işlərin xidmətlərinin icra edilməsi, layihələrin Azərbaycan Respublikası tikinti normalarına uyğunlaşdırılması və s.daxildir. Qeyd olunan layihələrin sifarişçiləri «Qaradağ Sement» ASC və CBMİ Construction Co Ltd. olmuşlar.

“AS İnşaat-N” MMC hazırda “Azərsu” ASC-nin sifarişilə paytaxtımızda (Bakı, İnqilab küçəsi) içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə də öz töhfəsini verməkdədir.

 
   


© Copyright
Bütün hüquqları qorunur