XİDMƏTLƏR

AS İNŞAAT-N MMC inşaat sahəsində müxtəlif istiqamətləri ehtiva edən kompleks işləri həyata keçirir:
- sənaye və mülki obyektlərin və binaların tikintisi və kapital təmiri;
- yollar, körpülər və hidrotexniki qurğuların inşası, metal konstruksiyalarının quraşdırılması, istilik şəbəkələrinin çəkilməsi, elektrik quraşdırlma işlərinin icrası, kubik daşlarının və metal məmulatlarının istehsalısı;
- torpaq işləri, torpaq, çınqıl, daş və s. tikinti materiallarının daşınması, torpaqd qurutma işləri və s.
AS İNŞAAT-N MMC-də işlərin icrası və planlaşdırmanın qaydaları
İnşaat işləri görülərkən aşağıdakılar təmin olunur:
• hər hansı obyektin inşası zamanı bütün iştirakşıların razılaşdırılmış fəaliyyəti baş podratçı ilə əlaqələndirilmiş olaraq həyata keçirilir. Təsdiq edilmiş planlar və iş qrafikləri ilə bağlı olan məsələlər üzrə baş podratçının qərarları iştirakçıların tabeçiliyindən asılı olmayaraq hamı üçün məcburi səciyyə daşıyır.
• təqvim planları və iş qrafiklərində nəzərdə tutulan müddətlərdə binalar, qurğular, sahələr, bölmələr, mərtəbələr, yaruslar və s. üçün hesablanan maddi ehtiyatların komplekt təminatı;
• tikinti, quraşdırma və xüsusi inşaat işlərinin texnoloji ardıcıllığa və texniki əsaslandırmalara riayətlə həyata keçirilməsi;
• texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
• ətraf mühitin qorunması tələblərinə əməl edilməsi.

Şirkət ərsəyə gələn məhsulun həyati davamlılığını təmin edən prosesləri planlaşdırır və işləyib hazırlayır. Məhsulun həyati davamlılığını təmin edən proseslərin planlaşdırılması müəssisədə keyfiyyətin idarə olunması sistemilə bağlı digər proseslərə dair tələblərlə uzlaşdırılır. Inşaatla əlaqədar sərmayə qoyuluşu prosesinin planlaşdırılması aşağıdakı şəkildə baş verir:

Inşaat materialları və konstruksiyalarının istehsalı
- inşaat materialları istehsalının təşkili: dəmir-beton məmulatlar; dirəklər, döşəmə plitaları, özül blokları üçün armaturlanmış konstrusiyalar və s.

Нistehsal edilən dəmir-beton məmulatlarının çeşidləri:

Yükqaldırma əməliyyatların yardımı ilə göstərilən xidmətlər
Yükqaldırıcı mexanizmlər (25 tonluq gücü olan avtokran, 50 tonluq gücü olan tırtıllı kran) vasitəsilə ağır yüklərin quraşdırılması
Nəqliyyat və xüsusi tikinti texnikasının icarəsi
AS İnşaat-N şirkəti inşaat işlərinin yerinə yetirilməsi üçün mülkiyyətində olan – təkərli ekskavatorlar, 14 tonluq katoklar, özüboşaldan maşınlar, buldozerlər və s. Xüsusi inşaat texnikasını icarəyə verə bilər.

Layihələr üzrə müxtəlif işlərin yerinə yetirilməsi
AS İnşaat-N şirkəti istənilən mürəkkəblikdə olan torpaq işlərini icra edir: tikinti özülü üçün torpağın qazılıb çıxarılması, bölgülər aparan geodezik oxlar və işarələrlə kotlovanın hazırlanması, təkrar doldurma, torpaq bərkitmə və yerin düzəldilməsi.

 

   

     


© Copyright
Bütün hüquqları qorunur